Modern.az

Şəkidəki qətllə bağlı daha bir AÇIQLAMA 

Şəkidəki qətllə bağlı daha bir AÇIQLAMA 

Hadisə

4 May 2024, 22:35

Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində 2 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Şəki Rayon Prokurorluğundan bildirilib.

 

Araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi