Modern.az

Benzema Səudiyyə klubuna keçdi

Benzema Səudiyyə klubuna keçdi

İdman

6 İyun 2023, 22:53

İspaniyanın "Real Madrid" klubunun oyunçusu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına transfer edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə klubu rəsmi sosial media hesabında məlumat yayıb.

 

"Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək", - paylaşımda bildirilir. Mətbuatda “Əl-İttihad”ın futbolçuya 200 milyon avro dəyərində iki illik müqavilə təklif etdiyi deyilir.

 

Qeyd edək ki, fransalı futbolçu mövsümün sonunda "Real Madrid"dən ayrılacaq. O, 2009-cu ildən İspaniya klubunun şərəfini qoruyur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı