Modern.az

"Qarabağ" Belarusda çempion oldu 

İdman

21 Mart 2024, 20:49

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin çempionu olub.

 

Modern.az xəbər verir ki,14 yaşlılardan ibarət komandamız yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Asif Əlizadənin baş məşqçisi olduğu ağdamlılar final oyununda BATE ilə qarşılaşıb.

 

BATE-ni də 1 qolla məğlub edən “Qarabağ” turnirin qalibi adına yiyələnib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi