Modern.az

“Böyük Dəbilqə”də 3 cüdoçumuz mübarizəyə başlayır

“Böyük Dəbilqə”də 3 cüdoçumuz mübarizəyə başlayır

İdman

29 Mart 2024, 10:26

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

 

Modern.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.

 

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda türkiyəli Salih Yıldızla qarşılaşacaq. 66 kiloqramda Ruslan Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəli, Rəşad Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulunu sınağa çəkəcək. Onların hər ikisi yarışa 1/32 finaldan başlayacaq.

 

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir