Modern.az

\"Zirə\" Liqada ikinci yerə yüksəldi

\

5 May 2024, 19:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə isə Sezar Meza Kolli fərqləniblər.

 

Meydan sahiblərinin yeganə qoluna isə 52-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

 

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla yeddincidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi