Modern.az

Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək

Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək

İdman

8 May 2024, 10:50

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

 

Modern.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

 

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi