Modern.az

Dünya Bankı Azərbaycanda vəziyyətin yaxşılaşdığını açıqladı

Dünya Bankı Azərbaycanda vəziyyətin yaxşılaşdığını açıqladı

İqtisadiyyat

10 May 2019, 20:49

Son illərdə Cənubi Qafqaz ölkələri arasında daha çox Azərbaycan əhalisi həyat şəraitindən razıdır. 

Modern.az “Trend”ə istinadən xəbər verir ki,  bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatında məlumat verilib.

Hesabata əsasən, Azərbaycanda rəyi soruşulanların 43 faizi valideynlərinin dövrü ilə müqayisədə daha yaxşı yaşadığını deyib. 14 faiz şərtlərin dəyişmədiyini, 24 faiz isə şərtlərin daha pis olduğunu bildirib.

 

Ermənistanda respondentlərin 62 faizi həyat şərtlərinin pisləşdiyini, 9 faizi dəyişikliklərin olmadığını və yalnız 26 faizi valideynlərindən daha yaxşı yaşadıqlarını bildirib.

 

Gürcüstanda isə respondentlərin 52 faizi həyat şərtlərinin pisləşdiyini, 11 faizi dəyişikliklərin olmadığını və yalnız 34 faizi valideynlərindən daha yaxşı yaşadıqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir