Fransa prezidenti Emmanuel Makron İranın nüvə sazişində qalması üçün Tehrana 15 milyard dollar kreditin verilməsini təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün ABŞ-ın razılığı alınacaq.
“İrana kredit xəttinin ayrıması təklifi müzakirə olunur”- deyə ABŞ-ın Avropa Birliyindəki nümayəndəsi Qordon Sondlend deyib. O, Vaşinqtonun Tehranla münasibətlərdə təzyiqlərini davam etdirəcəyini əlavə edib.