Dünya İqtisadi Forumu Qlobal Rəqabətədavamlılıq reytinqini hazırlayıb. Modern.az Foruma istinadən xəbər verir ki, siyahıda 141 ölkə yer alıb.
Azərbaycan iqtisadiyyatı dayanıqlılıq kriteriyalarına görə, dünyada 58-ci yerdə qərarlaşıb. Regionun digər ölkələri – Ermənistan 69-cu, Gürcüstan 74-cü, Türkiyə 61-ci, Rusiya 43-cü və İran 99-cu yeri tutub.
Ən rəqabətədavamlı iqtisadiyyat Sinqapurda qeydə alınıb. Növbəti pillələrdə ABŞ, Honqkonq, Hollandiya, İsveçrə, Yaponiya, Almaniya, İsveç, Böyük Britaniya və Danimarka yer alıb.