Modern.az

Dünyanın “ən bərbad valyuta”sı daha 40% ucuzlaşacaq

Dünyanın “ən bərbad valyuta”sı daha 40% ucuzlaşacaq

İqtisadiyyat

14 Yanvar 2020, 14:16

Dünyanın ən bərbad valyutası” sayılan Argentina pesosu 2020-ci ildə də ucuzlaşmaqda davam edəcək.

Modern.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, son 2 ildə illik 50%-i keçən inflyasiya şəraitində peso çox dəyər itirib.

 

Belə ki, 2018-ci ildə dolların pesoya qarşı kursu 18,61-dən 37,653-ə qədər yüksəlmişdi. 2019-cu ildə isə bu fərq 59% artaraq – 59,87 pesoya çatıb.

 

2020-ci ilin ilk günlərində Argentina valyutası 1 dollara qarşı 60 peso civarında qalır. Amma BNP Paribas SA direktoru Qabriel Herşteyn pesonun daha da ucuzlaşacağını proqnozlaşdırır. Belə ki, iqtisadçının fikrincə, reallıqda 1 dollar 80,4 pesoya bərabərdir.  

Herşteyn 2020-ci ilin yazından başalayaraq pesonun ucuzlaşmağa başlayacağını və ilin sonu üçün 40% dəyər itirərək 1 dollar üçün 100 pesoya dəyişəcəyini proqnozlaşdırır.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!