Modern.az

Azərbaycanda İslam banklarının yaradılması təklif edildi

Azərbaycanda İslam banklarının yaradılması təklif edildi

İqtisadiyyat

11 Oktyabr 2022, 12:14

“Bu gün bir sıra müsəlman ölkələrində İslam qaydalarına uyğun fəaliyyət göstərən banklar var. Azərbaycanda bir sıra qanunlar qəbul edilib, bəzi beynəlxalq sənədlərə qoşulsaq da, bu məsələdə problemlər mövcuddur”.

 

Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Parlamentari qeyd edib ki, Azərbaycanda dindar şəxslər banklara maraq göstərmirlər: 

 

"Onlar bu səbəbdən xarici İslam banklarına üz tuturlar. Bu da ölkədən kapital axını deməkdir. Eyni zamanda, son dövlərdə ölkəmizdə dindar şəxslərin sayının artdığını qeyd etməliyik. Ona görə də, ölkəmizdə İslam banklarının, maliyyə institutlarının yaradılması mühüm əhəmiyyət kəsb edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi