Modern.az

Prezident İpoteka Fondu ilə bağlı yeni fərman imzaladı

Prezident İpoteka Fondu ilə bağlı yeni fərman imzaladı

İqtisadiyyat

26 Yanvar 2023, 15:36

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Fərmanda dəyişiklik edilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

 

Dəyişikliyə qədər Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməli idi.

 

Yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı