Modern.az

Azərbaycanda dollara tələbat niyə artıb? - Rəsmi AÇIQLAMA

Azərbaycanda dollara tələbat niyə artıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat

14 Fevral 2024, 12:54

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, Qurumdan bildirilib ki, tələbin artması mövsümi xarakter daşıyır.

 

"Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - deyə açıqlamada qeyd olunub.

Bu xəbər ilə bağlı
Azərbaycanda "dollar ajiotajı": marta qədər...
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı