Modern.az

Azərbaycanda bal istehsalı azalıb, qiymətlər isə...

Azərbaycanda bal istehsalı azalıb, qiymətlər isə...

İqtisadiyyat

15 Mart 2024, 10:04

Azərbaycanda 2023-cü bal istehsalı və arı ailələrinin sayı bir il əvvəllə müqayisədə azalıb.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycanda 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550 ton bal əldə edilib.


Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9 faiz, bal istehsalı isə 38,9 faiz azalıb.

 

Ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat təşkil edib. 2022-ci ildə isə balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat təşkil edilmişdi. Beləliklə, balın orta satış qiymətində azalma qeydə alınıb.

 

Komitədən verilən məlumata görə, 2023-cü ildə 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub. Mumun orta satış qiyməti 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olub.

 

Ötən il arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalmışdır.

 

Qurumdan verilən məlumatda deyilir ki, arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir