Modern.az

2023-cü ildə qeyri-neft ixracı 9.8% artıb - Əli Əsədov

2023-cü ildə qeyri-neft ixracı 9.8% artıb - Əli Əsədov

15 Mart 2024, 11:18

“Hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

 

“Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artıb. Qeyri neft-qaz sənayesi 8,0% artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib”, - deyə Baş nazir bildirib.

 

Əli Əsədov qeyd edib ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir:

 

”2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir