Modern.az

Məişət texnikası istehsal edən şirkətlər Rusiyaya paralel idxalı əngəlləyib

Məişət texnikası istehsal edən şirkətlər Rusiyaya paralel idxalı əngəlləyib

İqtisadiyyat

15 Mart 2024, 12:45

"Electrolux", "Tefal", "Braun" və "Rowenta" brendləri öz avadanlıqlarının Rusiyaya paralel idxalını əngəlləyib.

 

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bu şirkətlər digər ölkələrdən olan tərəfdaşlarla elektronikanın Rusiyaya təkrar ixracına moratorium imzalayıblar.

 

Məsələn, İsveçin "Electrolux Group" (məişət texnikası markaları "Electrolux", "Zanussi", AEG) artıq öz məhsullarının Rusiya Federasiyasına paralel idxalını məhdudlaşdırıb.

 

"Groupe SEB" ("Tefal", "Braun", "Rowenta") də paralel idxal vasitəsilə tədarükləri izləməyə başlayıb.

 

Nəşr yazıb ki, pərakəndə satıcılar brendlərin satışdan tamamilə çəkiləcəyini gözləyir və onların yerini Türkiyə və Çin mallarının alacağını proqnozlaşdırırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir