Modern.az

Azərbaycan Albaniyanın qaz şəbəkəsinin qurulmasında iştirak edə bilər

Azərbaycan Albaniyanın qaz şəbəkəsinin qurulmasında iştirak edə bilər

İqtisadiyyat

25 Mart 2024, 21:22

Xəbər verdiyimiz kimi, Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir. Bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır. 

 

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.

 

Modern.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirib.

 

"Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur.

 

550 km Yunanıstan ərazisindən, 105 km isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır (Adriatik dənizdə 820 metrlik dərinliyə düşür)

 

Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək, təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər. Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, lakin bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…