Modern.az

Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedir

Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedir

2 Sentyabr 2016, 12:37

“Sentyabrın 8-də Türkiyəyə yollanacam.  Yollanmağımın səbəbi müayinədən keçməyimlə bağlıdır. Növbəti müayinədən sonra səhhətimlə bağlı  nəsə demək olar” .


Bunu Modern.az-a açıqlamasında  xalq artisti, tanınmış diktor Rafiq Hüseynov  səhhəti lə bağlı danışarkən deyib.

Xalq artisti ağır xəstəliklə mübarizə aparmağına baxmayaraq,  normal olduğunu deyir.

“Onsuz da bu xəstəliyin müalicəci yoxdur.  Həm də, bu yaşda  insan səhhətində o qədər xəstəlik olur ki! Təkcə xərçəng deyil ki!  Amma, ümumilikdə deyə bilərəm ki, babatam. Özüm üçün gəzirəm, yeyirəm, içirəm. Dostlarla vaxtaşırı görüşürəm. Əsas odur ki, hələlik normalam”.

Qeyd edək ki, xalq artisti  Rafiq Hüseynov uzun müddətdir ki,  ağ ciyər xərçəngindən əziyyət çəkir.

Namidə  BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!