Modern.az

II Avropa Oyunlarının keçiriləcəyi ölkə məlum oldu

II Avropa Oyunlarının keçiriləcəyi ölkə məlum oldu

Mədəni̇yyət

21 Oktyabr 2016, 12:49

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

Modern.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok