Modern.az

“Onun yarısı”ndan gedən Günay və Zaur yeni layihədə

“Onun yarısı”ndan gedən Günay və Zaur yeni layihədə

10 Avqust 2012, 18:26

Payıza - yeni mövsümə hazırlaşan Azərbaycan telekanalları yeni layihələr üzərində işləyirlər. Bu sırada ATV də var.

“Azad Azərbaycan Teleradio yayım Şirkəti”nin (ATV) reytinqli verilişlərindən biri olan “Onun yarısı” telelayihəsinin bağlanması ötən ay telekanalın canlı efiri vasitəsilə elan edilib. Bəs populyar televiziya aparıcıları Zaur Baxşəliyev və Günay Qələndərli yeni mövsümdə tamaşaçıların qarşısına hansı layihə ilə gələcək və ümumiyyətlə onları yenidən efirdə birgə görə biləcəyikmi?

Modern.az saytına məlum oldu ki, bu telekanalda yeni layihələrdən biri adları çəkilən teleaparıcılarla bağlıdır. Yeni mövsümdə təqdim ediləcək verilişin formatı, adı haqqında dəqiq məlumat əldə edə bilməsək də, layhənin rəhbəri Nəmənd Rüstəmovdan öyrəndik ki, bu, sosial xarakterli tok-şou olacaq. Tamaşaçılar “Onun yarısı”nın aparıcılarını yeni ampluada, yeni imicdə görəcəklər.

Ən dolğun təfərrüatları avqust ayının sonlarına doğru öyrənərək, sizlərə çatdırmağa çalışacağıq.

Şahanə RƏHİMLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!