Modern.az

Xalq artisti xəstələnib: “Nə qədər müalicə götürsəm də, heç xeyri yoxdur”

Xalq artisti xəstələnib: “Nə qədər müalicə götürsəm də, heç xeyri yoxdur”

Mədəni̇yyət

1 Sentyabr 2012, 13:17

Sevilən müğənni, məşhur “Tələbə” mahnısının ifaçısı Elmira Rəhimovanın dünən doğum günü olması ilə bağlı məlumatlar var idi. Modern.az-a açıqlamasında müğənni bildirib ki, bu yalan məlumatdır.
“Mənim doğum günüm keçib və mən ümumiyyətlə özüm haqda danışmağı, məlumat verməyi sevmirəm”, – deyə o, qeyd edib.

Həmçinin müğənni öz səhhətində problemlər olduğunu qeyd edib. “Yaman soyuqlamışam, müalicə olunuram. Həmçinin qolum ağrıyır. Nə qədər iynə terapiya və başqa müalicələr götürsəm də, heç bir xeyri yoxdur”.
Uzun müddətdir, efirlərdə görünməyən məşhur müğənni bildirib ki, bunu özü istəmir. “Sağ olsunlar, tez-tez dəvət edirlər. Əgər dəvət olunan hər yerə getsəm, onda bütün günü efirdə olaram. Amma özüm istəmirəm, qəbul etmirəm dəvətləri”.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok