Modern.az

Üzeyir Hacıbəylinin ev muzeyi bərpa olunacaq

Üzeyir Hacıbəylinin ev muzeyi bərpa olunacaq

Mədəni̇yyət

28 Dekabr 2021, 13:47

"Üzeyir Hacıbəylinin ev muzeyinin bərpası üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq edirik".

 

Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

 

Onun sözlərinə görə, bərpa prosesi uzunmüddətli və mərhələlərdən ibarətdir: "Ev muzeyinin bərpası bizim vəzifəmizdir və bərpa ediləcək".

 

Nazir Əhməd Cavadın ev muzeyinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb:

 

“130 illiyinin qeyd olunması nəzərdə tutulub. Mədəniyyət Nazirliyi Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı təkliflər hazırlayır. Təklif planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar