“İsgəndər Həmidova zəng vurub məsələni araşdırdım. O mənə dedi ki, müsahibədə belə sözlər deməyib”. Modern.az bildirir ki, bu sözləri xalq artisti Rasim Balayev bir neçə gün əvvəl eks-daxili işlər naziri İsgəndər Həmidovun onu döyməsi barədə verdiyi açıqlamanı vesti.az–a şərh edərkən deyib.
“Heç bir dava olmayıb axı... Məni bir yumruğa “Qaz-24” altına necə salmaq olar? Bunun baş verməsi üçün əvvəl gərək maşını domkratla qaldırasan. Bu nə boşboğazlıqıdı?”-deyə xalq artisti vurğulayıb.
Qalmaqallı açıqlama ilə bağlı İ.Həmidova zəng etdiyini deyən R.Balayev bildirib ki, eks-nazir onu yemək stolu arxasında oturub söhbət etməyə dəvət edib.
“Ona zəng vurdum. İsgəndər Həmidov məni telefonda xəngəl qonaqlığına dəvət elədi. Ondan sonra zəng vursam da, telefonu bağlı idi”- deyə xalq artisti vurğulayıb.
Modern.az