Modern.az

Kristofer Nolanın filmi “Qızıl qlobus” aldı

Kristofer Nolanın filmi “Qızıl qlobus” aldı

Mədəni̇yyət

8 Yanvar 2024, 08:50

Kristofer Nolanın bioqrafik dramı “Oppenheymer” “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanıb.

 

Modern.az xəbər verir ki, atom bombasının yaradıcısı Robert Oppenheymerdən bəhs edən film Justine Trieunun “Anatomy of a Fall”, Martin Scorsesenin “Killers of the Flower Moon”, Bredley Cooperin “Maestro”, “Keçmiş”, Seline Sohnın “Past Lives”, Jonathan Glazerin “The Zone of interest” filmləri ilə mükafat uğrunda mübarizə aparıb.

 

Hollivudda Akkreditə olunmuş Xarici Jurnalistlər Assosiasiyası tərəfindən hər il verilən “Qızıl qlobus” mükafatı ABŞ-da nüfuzuna görə yalnız Oskardan sonra ikinci yerdədir.

 

Mükafatlar kino və televiziyanı əhatə edən iyirmidən çox kateqoriya üzrə ötən ilin nəticələrinə əsasən təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok