Modern.az

Kimin orucu qəbul olunur, kiminki yox…

Kimin orucu qəbul olunur, kiminki yox…

Mədəni̇yyət

5 Aprel 2024, 09:28

Kimin orucunun qəbul olunub-olunmadığını Allahdan başqa heç kim bilmir. Çünki bu, ona aid məsələdir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov bildirib.

“Bəzən namaz qılmayan adamların oruc tutması haqqında müzakirələr aparılır. Bəzən də iftar saatları, səfərdə oruc, orucun nə zaman başlaması, bayram namazının günü ilə bağlı fikir-ayrılığı olur.

Əziz müsəlman bacı və qardaşlarım! Bu ay mərhəmət, birlik və həmrəylik ayıdır. Dinimiz müsəlmanlara hər zaman birlik və həmrəyliklərini qorumağı tövsiyə edir.

Çalışaq ki, Allaha səmimi niyyətlə ibadət edək, çalışıb ixtilaflardan, qardaş və bacılarımıza dil uzatmaqdan uzaq olaq. Tarix boyu müsəlman dünyasına təfriqə, ayrı-seçkilik və başı-pozuqluq yalnız faciələr yaşadıb”, - məllət vəkili deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək