Modern.az

İlhamə Quliyevadan ŞOK VƏSİYYƏT: “Mən öləndə torpağa qoymasınlar...”

İlhamə Quliyevadan ŞOK VƏSİYYƏT: “Mən öləndə torpağa qoymasınlar...”

11 Oktyabr 2015, 18:07

 

Xalq artisti, estrada səhnəsinin “primadonnası” İlhamə Quliyeva öz vəsiyyətini açıqlayıb. Modern.az saytı xəbər verir ki, İlhamə Quliyeva ATV-nin “Onlar” verilişində bildirib ki, o, öləndə torpağa qoyulmağını istəmir:

”Mən istəmirəm ki, 30-40 ildən sonra öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilmən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də “krujevalarla” bəzəsinlər. Eyni zamanda, tabutin açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram”.

İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib. Xalq artisti onu istəməyənlərə də hələ sevinməməyi məsləhət görüb, deyib ki, ölümü hardasa 40 ildən sonra baş verə bilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək