Modern.az

Xanım jurnalist İTV-ni məhkəməyə verir

Xanım jurnalist İTV-ni məhkəməyə verir

Media

30 İyul 2013, 12:09

İctimai Televiziyanın əməkdaşı, jurnalist Esmira Qasımova (Namiqqızı) İTV-ni məhkəməyə verməyə hazırlaşır. Jurnalist Modern.az-a açıqlamasında bildirib ki, işdən çıxarılacağı halda, axıra qədər mübarizəsini davam etdirıcək:

“Azərbaycan hüquqi dövlətdir və bu ölkədə qanunların işlədiyinə inanıram. İşdən çıxarıllacağım halda məhkəməyə və Azərbaycan Respublikasını prezidenti cənab İlham Əliyevə müraciət edəcəyəm. Sübut edəcəyəm ki, telekanal rəhbərliyi mənə qaşrı haqsız addım atır”.

E.Qasımovanın sözlərinə görə, baş vermiş olaydan sonra yalnız bir dəfə İTV rəhbəri Cəmil Quliyevlə görüşüb:

“Bu hadisədən sonra Cəmil Quliyevlə cəmi bir dəfə görüşmüşəm. Çünki işi çoxdur. Onun mövqeyi barədə məlumatım yoxdur. Amma müavini Oqtay Bayramov mənə təzyiq göstərirdi. Bu gün səhər rastlaşdıq mənə heç nə demədi. Amma iyulun 22-dən bu yana mənə təzyiq göstərirdi. İşdən-çıxıb çıxmamağımdan da xəbərim yoxdur. Hazırda işdəyəm, səhər saat 9-da davamiyyət kitabına qol çəkmişəm. Amma mənə heç bir tapşırıq verilməyib”.

E.Qasımova Facebook-da dövlət başçısı əleyhinə paylaşılan bir kollaja özünün xəbəri olmadan işarələndiyinə görə ona işdən “könüllü getməsi” üçün təzyiq edildiyini deyir.

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək