Modern.az

Rusiyada internetdə "qanunsuz məzmunu" bloklamaq asanlaşacaq

Rusiyada internetdə

Media

8 Yanvar 2024, 09:52

Rusiyada internetdə qeyri-qanuni məzmunu tez bir zamanda bloklamağa imkan verən qanunvericilik təşəbbüsü hazırlanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, təşəbbüsü həyata keçirmək üçün xüsusi proqramdan istifadə planlaşdırılır.

 

“Biz xüsusi informasiya sistemindən istifadə etməklə zərərli saytların bloklanmasının operativ həllini tənzimləyən qanun layihəsini birgə hazırlamışıq”, - deyə Baş Prokurorluqdan bildirilib.

 

Qeyd edilib ki, 2023-cü ildə məzmunun məhkəmədən kənar məhdudlaşdırılması üçün "Roskomnadzor"a 2 mindən çox sorğu göndərilib. Tələblərin əksəriyyəti Rusiya ordusu ilə bağlı məlumatlarla əlaqədar olub.

 

2023-cü ildə "Roskomnadzor "qadağan olunmuş məlumatların reyestrinə 529 min səhifə əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir