Modern.az

Mətbuat Şurasında qaynar xətt yaradılacaq - Rəşad Məcid

Mətbuat Şurasında qaynar xətt yaradılacaq - Rəşad Məcid

11 Yanvar 2024, 11:44

Mətbuatımızın çiyninə böyük yük düşür.

 

Modern.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

 

O bildirib ki, media xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək:

 

“Sosial mediada hansısa namizədlərə qarşı kompromatların olacağı şəksizdir. Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək. 7 fevral da bir müddət sonra xalqımızın ən gözəl bayramlarından biri olacaq. Bütün dünya görsün ki, Azərbaycan xalqı seçki prosesinə biganə deyil. Buna görə də Azərbaycan mediası ən öndə getməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü