Modern.az

Baş redaktordan “Avtostop Tural”a sərt sözlər: “..bu, zinadır!”

Baş redaktordan “Avtostop Tural”a sərt sözlər: “..bu, zinadır!”

Media

16 Mart 2024, 13:06

"Avtostop Tural"ın dindarlığı ilə heç vaxt işim olmayıb. Ümumiyyətlə, heç kimin inancı ilə işim yoxdur. Mənə maraqlı olan adamların yarımçıqlığıdır.
 

Modern.az xəbər verir ki, bunu Azvision.az saytının rəhbəri Vüsal Məmmədov “AvtoStop” radio verilişinin aparıcısı Tural Yusifovu tənqid edərkən deyib. Baş redaktor bildirib:

“Adam illərlə dindarlığını gözə soxub - efirdə, sosial şəbəkədə, hər yerdə!.. Allaha inandığını hər fürsətdəcə qabardıb. Amma günlərin birində arvadının çimərlik paltarında şəkli yayılanda çıxıb deyir ki, "əladır, özüm çəkmişəm!". Həqiqətən əla idi, amma onun inandığı və təbliğ etdiyi Allah bunu qadağan edir axı! Onun bəh-bəhlə təriflədiyi Quran qadının bədəninin görünməsini birmənalı şəkilə yasaqlayır. Tural Quranla arvadının "kupalnik"inin arasında qalanda ikincini seçir. Allahın sözü unudulur, Xalid Hüseynidən sitat qabağa keçir.

İndi hörmətli diceyin hörmətli xanımı deyib ki, qızı ərə getmədən kiminləsə yatsa, etiraz etməyəcək. İnsan hüquqları baxımından tamamilə normal fikirdir. Amma İslama görə bu, zinadır və ağır günahlardan sayılır. Əminəm, Tural yenə qadınını müdafiə edəcək. Düz də edəcək. Mənim onların münasibətilə işim yoxdur. Sadəcə, yadıma düşdü ki, çıxışlarının birində avtostopçu coşaraq, ateistləri "kişi" olan və olmayan deyə iki hissəyə bölmüşdü. Bilmirəm, o bölgüdə əsas meyar nə idi. Amma yəqin, dindarlar da kateqoriyalara bölünürlər. Allaha kişi kimi inanan, dinin buyurduğuna kişi kimi əməl edən dindarlar var. Bir də var, avtoOstopçular. Əqidəsi ilə arvadının "kupalnik"inin arasında qalanda ikincini seçənlər. Natamamlar. Şəxsən mən insanları əqidələrində tam və natamam kateqoriyalarına bölərdim”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir