Modern.az

DİN-in Mətbuat xidmətində yeni təyinatlar - FOTOLAR

DİN-in Mətbuat xidmətində yeni təyinatlar - FOTOLAR

Media

20 Mart 2024, 12:55

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib. 

Modern.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrləri ilə Zeyni Hüseynov idarə rəisinin müavini, Nurlan Əliyev bölmə rəisi vəzifələrinə təyin ediliblər. 

İdarə rəisinin müavini, polis polkovniki İlham Babayev daxili işlər orqanlarında xidmət keçmənin son həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə polis polkovniki Elşad Hacıyev rəhbərlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir