Modern.az

Rəşad Məcid TƏLTİF EDİLDİ

Rəşad Məcid TƏLTİF EDİLDİ

28 Mart 2024, 17:08

“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid bildirib.

“Yubiley medalı bu gün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu”, - deyən R.Məcid təqdimat mərasimindən şəkil paylaşıb.
 

O, ölkə başçısına bu təltifə görə təşəkkür edib

“Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir