Modern.az

İŞİD Somalidə ilk dəfə terror törətdi

 İŞİD Somalidə ilk dəfə terror törətdi

Dünya

25 Aprel 2016, 20:46

 

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilk dəfə Somalidə terror törədib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yaraqlılar bu ölkənin paytaxtı Moqadişoda bomba partladıblar. Somalidə “Əl-Qaidə” ilə bağlı olan “Əş-Şabab” qruplaşması fəaliyyət göstərir. Bu səbəbdən İŞİD yaraqlıları “Əl-Qaidə” ilə düşmənçiliyə görə Afrika ölkəsinə soxulmurdular.

İŞİD yaraqlıları bəyan ediblər ki, hücumun məqsədi Afrika İttifaqının hərbçiləri olub. Partlayış zamanı neçə adamın öldüyü, yaxud yaralandığı haqda hələ ki məlumat verilmir. Bundan əvvəl Somali hökuməti “Əş-Şabab”ın İŞİD-ə qoşulmağa və komandirlərdən biri olmağa hazırlaşan üzvünü ələ keçirib.

Somalidə mövcudluq İŞİD üçün sərfəlidir, çünki bu ölkə terror qruplaşmasının Şərqi Afrikada bazası ola bilər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək