Modern.az

"Gənc İstedadlar"ın şagirdləri Şəkidə - FOTOLAR

"Gənc İstedadlar"ın şagirdləri Şəkidə - FOTOLAR

Aktual

23 İyun 2016, 12:43

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət götərən "Gənc İstedadlar" liseyinin 6b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə ekskursiya ediblər.

Şagirdlər Şəki Xan Sarayı, Karvansaray, Kiş Tarixi-Memarlıq Qoruğu, Tarix-diyarşünaslıq və Xalq Tətbiqi Sənəti Muzeyində olublar. Şagirdlərə 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şəkinin tarixi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar haqqında ətraflı məlumat verilib.

Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər onlar maraqlandıran bir çox suallara cavablar tapıblar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı