Modern.az

Fəaliyətini dayandıran Gün.az-ın baş redaktoru: “İstənilən layihə üçün açığıq”

Fəaliyətini dayandıran Gün.az-ın baş redaktoru: “İstənilən layihə üçün açığıq”

Media

28 İyun 2016, 10:13

“Maliyyə çətinlikləri olduğuna görə Gün.az-ın artıq fəaliyyət göstərməsi mümkünsüzdür. İyul aynının 1-dən sayt olaraq fəaliyyətimzi dayandıracağıq”.

Bu barədə Modern.az saytına açıqlaçmasında Gün.az saytınn baş redaktoru Emil Quliyev deyib.

Baş redaktor bildirib ki, redaksiya kollektivinin üzvləri bundan sonra da fəaliyyətini jurnalistikada davam etdircəklər:

“Əlbəttə ki, bundan sonrakı fəaliyyətimizi jurnalistika sahəsində davam etdirəcəyik. Həm özüm peşəkar jurnalistəm, həm də kollektivimizin üzvləri kifayət qədər peşəkar və Azərbaycan mediasında imzası ilə tanınan jurnalistlərdən ibarətdir.

Ona görə də biz istənilən layihə üçün açığıq və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirmək istəyirik”.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı