Modern.az

Saxta pulla ərzaq alanlar tutuldu

Saxta pulla ərzaq alanlar tutuldu

28 İyun 2016, 15:13

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verib ərzaq məhsulları alan şəxslər saxlanılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd olunur ki, iyunun 26-da rayon sakinləri S.Mikayılovaya və C.Mütəllimova məxsus mağazaya 70 manat saxta əskinas verib ərzaq məhsulları alan Bakı şəhər sakini Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri Təvəkkül İsmayılov, Eybalı Eybalıyev və Emin Soltanov tutulub.

 

Onlardan 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

 

Habelə T.İsmayılovun Gəndov kəndindəki evinə baxış zamanı 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əskinas və müxtəlif texniki avadanlıqlar aşkar edilərək götürülüb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok