Modern.az

“Rusiyada 220 potensial kamikadze var”

“Rusiyada 220 potensial kamikadze var”

Dünya

27 İyul 2016, 13:08

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə 220-dən artıq potensial kamikadzenin olduğunu müəyyən edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Xidmətin direktoru Dmitri Bortnikov məlumat verib.

“Hazırda Federal Təhlükəsizlik Xidməti “canlı bomba”ların aşkar olunması və onları yönləndirən şəxslərin tutulmaslı istiqamətində geniş iş aparır”.

Bortnikov 260-dan artıq terrorçunun beynəlxalq axtarışa verildiyini də diqqətə çatıdıb.

Rusiya xüsusi xidmət orqanları İraq, Suriya və Əfqanıstanda 2900-dən artıq Rusiya vətəndaşının döyüşdüyünü də müəyyənləşdirib.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir