Modern.az

İradə İsaq özündən 16 yaş böyük həmkarıyla ailə qurur — FOTO

İradə İsaq özündən 16 yaş böyük həmkarıyla ailə qurur — FOTO

28 İyul 2016, 16:37

Tanınmış telejurnalist İradə İsaq ailə qurmağa hazırlaşır.

Modern.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi özəl məlumata görə, o, Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla rəsmi nikaha daxil olacaq. Cütlüyün hazırda Xaçmazda istirahətdə olduğu deyilir.

Maraqlıdır ki, həmkarlarımız uzun müddətdir dostluq edirdilər, hətta bir müddət iş yoldaşı da olmuşdular. Xatırladaq ki, hazırda Yaşar İsakovun 52, İradə İsaqın 36 yaşı var.

Qeyd edək ki, toy sentyabrın 1-də Bakıdakı əyləncə mərkəzlərindən birində (adını bilsək də, açıqlamırıq) keçiriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok