Modern.az

Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq

Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq

Dünya

31 İyul 2016, 00:58

Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq: “Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq. Bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək”.

Məlumat üçün bildirək ki, hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok