Modern.az

Goranboyda qız qaçıran məcburi köçkün gənc intihar edib

Goranboyda qız qaçıran məcburi köçkün gənc intihar edib

Hadisə

11 Sentyabr 2016, 17:47

Goranboyda intihar hadisəsi qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Veyisli qəsəbəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığında olan meşədə özünü asaraq intihar edib.

 

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqdan yetkinlik yaşına çatmayan qız qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R. Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

 

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir