Modern.az

Nuru Paşanın 98 il əvvəl yazdığı MƏKTUBLAR

Nuru Paşanın 98 il əvvəl yazdığı MƏKTUBLAR

15 Sentyabr 2016, 15:07

Arzu Qazıyeva


Bu gün çox zəngin gündür. Həm yeni dərs ilinin başlandığı gündür, həm də Bakının azad edildiyi gündür. Hər iki hadisə önəmlidir. Birinci halda söhbət təhsildən, ikinci halda azad Bakının Demokratik Azərbaycanın paytaxtına çevrilməsindən gedir.

Təhsilin cəmiyyətin, dövlətin inkişafında hansı rolu olması haqqında təkrarçılıq etmək istəmirəm. Amma iki məsələyə toxunardım:

Elə 1-ci sinifdən başlayan və mənimsənilməsi çətin olan ağır dərs proqramı, çoxlu bəlkə də artıq və lazım olmayan kitab və dəftərlə dolu ağır çantalar, dərs ilinin başlanması ilə başlayan fond və s. pullar o rolun böyüklüyünə və əhəmiyyətinə mütləq kölgə salır. Bu barədə nəhayət düşünmək pis olmazdı.

 İkinci məsələ ilə bağlı Bakıda Nuru Paşaya abidə qoyulmasının vaxtının çoxdan çatdığını da düşünmək yerinə düşür. Çünki təkcə Bakının yox, Azərbaycanın bütünlüklə erməni daşnaklarından, ingilis müstəmləkəçilərindən qorunmasında istisnasız olaraq yalnız və yalnız Qafqaz İslam Ordusunun və bu ordunu Azərbaycana göndərən insanların xidməti olmuşdur.

Bəli, osmanlı gənctürklər hökuməti filantrop deyildi. Amma 1918-ci ildə baş vermiş hadisələr Azərbaycanın tarixində öz möhürünü dəyişilməz şəkildə vurdu. Nuru Paşanın Ənvər Paşaya yazdığı iki məktubundakı bəzi epizodlar həmin hadisələrin təsvirini və əhəmiyyətini bir daha düzgün qiymətləndirməyə imkan verir.

Məktubunun birində Nuru Paşa yazır ki, Gəncəyə çatan kimi tüfəngi ilə birlikdə kişilərin toplanması və orduya qoşulmaları üçün əhaliyə müraciət edir. Lakin heç 300 kişi toplanmır:

“Azərbaycan kişiləri döyüşmək istəmirlər, onlar çox tənbəldirlər, heç bir iş görməyib çoxlu pul qazanmaq barədə düşünürlər. Gözləyirlər ki, kimsə onların yerinə döyüşəcək”.

Mövcud ordu azsaylı olduğundan döyüşməyin çətin olacağını yazan Nuru Paşa daha 3000 nəfər əsgər göndərilməsini xahiş edir.

İkinci məktubunda isə alman müttəfiqlərinin gürcülərlə əlbir olub Bakıya gedən yolu türklərə bağladıqlarından Bakı uğrundakı döyüşlərin çox ağır olacağını və buna görə əlavə köməyə ehtiyac duyduğunu deyir.

Bu məktublar 98 il əvvəl baş vermiş hadisələrin elə də asan və rahat həll olmadığını bir daha sübut edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü