Modern.az

Kiş çayı üzərində yeni körpü salınır – FOTOLAR

Kiş çayı üzərində yeni körpü salınır – FOTOLAR

Aktual

29 Sentyabr 2016, 11:13

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq tikinti işlərinə start verilib.

 

 Modern.az “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

 

 Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

 

 Bundan başqa çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metrhissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

 

 Xatırladaq ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb olunmuşdu. Qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.

 

 

  Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək