Modern.az

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib

Aktual

23 Oktyabr 2016, 23:34

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib. Modern.az saytı xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

 

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” xilasetmə əməliyyatı üçün havaya qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, gəmi heyətinin 8 üzvü xilas edilib. Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir