Modern.az

Space TV bir verilişini bağladı

Space TV bir verilişini bağladı

Aktual

25 Oktyabr 2016, 22:58

Space televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb. Modern.az saytı xəbər verir ki, Space TV sözügedən verilişlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir: “Yeni mövsümdə kanalda “Bu, maraqlıdır” adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

 

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox guman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün “Bu, maraqlıdır” verilişinin bağlanması haqqında qərar qəbul edib”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok