Modern.az

Niderland mətbuatı Azərbaycandan yazdı 

Niderland mətbuatı Azərbaycandan yazdı 

Aktual

26 Oktyabr 2016, 16:30

Xəbər verdiyimiz kimi, bu günlərdə Niderlandın Zeyland (Zeeland) bölgəsinin Zirikze (Zierikzee) şəhərində Azərbaycanla bağlı tədbir keçiriləcək. Tədbiri Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı təşkil edir.

 

Modern.az təşkilatın sədri Vüqar Abbasovla əlaqə saxlayaraq hazırlıqlar barədə məlumat öyrənib.

 

Təşkilat sədri açıqlamasında hazırlıqların yüksək səviyyədə getdiyini söyləyib:

 

"Hazırlıqlar yüksək səviyyədə gedir. Bu günə qədər bir neçə yerli qəzetdə tədbirlə bağlı yazılar verilib. Dünən isə “Ons Eiland” qəzeti tədbirlər bağlı məlumat yayıb. Sosial şəbəkələrdəki niderlandlı dostlarım, eyni zamanda bəzi soydaşlarımız da tədbirin elanını öz səhifələrində paylaşıblar ki, bu da öz növbəsində tədbirin keçiriləcəyi barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasına kömək edir. Bundan başqa isə tədbirlə bağlı afişalar bölgənin müxtəlif yerlərinə asılıb, broşurlar paylanıb. Açığı bu bizim ilk kütləvi tədbirimizdir deyə daha çox diqqətli olmağa çalışırıq. Ümid edirəm ki, istədiyimiz səviyyədə tədbir keçirdə biləcəyik” – deyə V.Abbasov bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir