Modern.az

Qarabağda erməni hərbçisi ölüb

Qarabağda erməni hərbçisi ölüb

Aktual

26 Oktyabr 2016, 20:03

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib. Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, hadisə guya Azərbaycan ordusunun atəşkəs rejimini pozması zamanı qeydə alınıb.

Erməni tərəfinin iddiasına görə, saat 17 radələrində Qarabağın şimal-şərqindəki hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Qurqen Ayvazyan ölümcül güllə yarası alıb.

Qeyd edək ki, Ermənistan tərəfi çox vaxt ordudakı dərəbəyliyi gizlətmək üçün hərbçilərin öldürülməsini Azərbaycan tərəfinin boynuna atır. Halbuki az keçmədən bu məlumatların həqiqətdən uzaq olduğu ortaya çıxır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı