Modern.az

Elşad Eyvazlının "Böyüməyən uşaqlar" filmi mükafatçılar SİYAHISINDA

Elşad Eyvazlının "Böyüməyən uşaqlar" filmi mükafatçılar SİYAHISINDA

Aktual

27 Oktyabr 2016, 16:20

Sabah Bakıda “Türk dünyasının sənədli film festivalı”nda qalib gələn şəxslərin mükafatlandırma mərasimi keçiriləcək. Modern.az xəbər verir ki, tədbir saat 11:00-da Bakı Dövlət Universitetində gerçəkləşəcək.

 

Festivalın təşkilatçılığını Dünya Jurnalistlər Federasiyası və Azərbaycan Mətbuat Şurası həyata keçirir.


Qeyd edək ki, qaliblər bir müddət öncə Türkiyədə keçirilmiş “Türk dünyasının sənədli film festivalı”nda müəyyənləşib.

Xatırladaq ki, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının Xocalı soyqırımından bəhs edən "Böyüməyən uşaqlar" kitabının motivləri əsasında çəkilən eyniadlı film də mükafatçılar siyahısındadır. Ümumilikdə isə türk dünyası üzrə 5 filmə mükafat veriləcək. 

"Böyüməyə uşaqlar" filminin baş məsləhətçisi fəlsəfə doktoru, millət vəkili Cavanşir Feyziyevdir. 



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok