Modern.az

Putin Fətullah Güləndən DANIŞDI: “Ərdoğan hesab edir ki...”

Putin Fətullah Güləndən DANIŞDI: “Ərdoğan hesab edir ki...”

Aktual

28 Oktyabr 2016, 10:24

Rusiya prezidenti Vladimir Putin 15 iyul Türkiyədə həyata keçirilmiş dövlət çevrilişinə cəhddən və Fətullah Güləndən danışıb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putin “Valday” beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, bir ölkənin digərinin daxili proseslərinə qarışması yolverilməzdir və qəbuledilməzdir.

Putin Türkiyədə 15 iyul tarixində baş tutan dövlət çevrilişi cəhdini bu cür şərh edib:

“Prezident Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Türkiyədə çevriliş cəhdi artıq 9 ildir ABŞ-da yaşayan Gülən adlı şəxsin təşkilatının birbaşa cəhdi ilə baş tutub”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək