Modern.az

“MDB ilə dialoq və əməkdaşlıq zəruridir”

“MDB ilə dialoq və əməkdaşlıq zəruridir”

Dünya

28 Oktyabr 2016, 22:42

BMT-nin baş katibi Pan Gi Mun MDB, KTMT və ŞƏT regional təşkilatları ilə dialoq və əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab edir. Modern.az saytı xəbər verir ki,

"Report"un məlumatına görə, o bunu cümə günü BMT Təhlükəsizlik Şurasının BMT-nin regional təşkilatlar ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə iclasında bildirib.

Pan Gi Mun BMT-nin MDB, KTMT və ŞƏT ilə terrorçuluqla mübarizə məsələləri üzrə əməkdaşlığını, onların BMT-nin Mərkəzi Asiyada əks-terror strategiyasında fəal iştirakı və dəstəyini qeyd edib.

O, narkotik trafiki və qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib. Baş katib BMT-nin bu məhsuldar tərəfdaşlığın gücləndirilməsinə sadiq olduğunu bildirib.

"Strateji dialoqu dərinləşdirmək, ümumi yanaşmaları yaranan böhranlara uyğunlaşdırmaq və sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir", - deyə Pan Gi Mun əlavə edib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok