Modern.az

Çingiz Abdullayev "Neftçi"nin qələbəsindən danışdı: "Sevincdən ürəyim partlayır"

Çingiz Abdullayev "Neftçi"nin qələbəsindən danışdı: "Sevincdən ürəyim partlayır"

Aktual

5 Noyabr 2016, 21:55

"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandasının qələbə sevincini ölkədən kənarda yaşayıb. Hazırda Bosniya və Herseqovinada səfərdə olan Çingiz Abdullayev Modern.az saytına bildirib ki, "Neftçi”nin "İnter” klubu üzərindəki 2:1 hesablı qələbə xəbərini Bristol hotelində alıb.

“Neftçi”nin uğuruna hədsiz sevindiyini bildirən Çingiz Abdullayev komandasından bu qələbəni gözlədiyini vurğulayıb: “Sevincdən az qala ürəyim partlayır. Son zamanlar bir qədər zəif oyun sərgiləyən komanda bu gün öz sözünü deyib. Bu 3 xal “Neftçi” üçün çox vacib idi. Bu gün daha çox yerli oyunçulara üstünlük verilmişdi. Onlar da yaşıl meydanda özlərini doğrultdular. Bundan sonrakı oyunlarda da yerli oyunçulara üstünlük veriləcək. Ümid edirəm ki, komandamız qarşıdakı oyunlarda da ona olan inamı doğruldacaq”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir